“Qarabağ” Julio Romao ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
2022-ci ildən komandada çıxış edən Romao 120 oyunda 2 qol vurub.
Qeyd edək ki, o, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.
***
Julio Romao karyerasını Macarıstanın “Ferençvaroş” klubunda davam etdirəcək.
Bu barədə Budapeşt klubunun yaydığı açıqlamada bildirilib.