AZ

Romao “Qarabağ”dan getdi, “Ferençvaroş”la müqavilə bağladı - Yenilənib

“Qarabağ” Julio Romao ilə yollarını ayırıb. 

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ildən komandada çıxış edən Romao 120 oyunda 2 qol vurub. 

Qeyd edək ki, o, 2022/23 və 2023/24 mövsümlərində Azərbaycan çempionu, 2023/24 mövsümündə ölkə kubokunun qalibi olub.

***

Julio Romao karyerasını Macarıstanın “Ferençvaroş” klubunda davam etdirəcək.

Bu barədə Budapeşt klubunun yaydığı açıqlamada bildirilib.

Seçilən
9
25
qafqazinfo.az

10Mənbələr