Tramp İranla sülh sazişinə üstünlük verir.
ABŞ prezidenti Tramp İranla nüvə sülh sazişinin bağlanmasının mümkünlüyü barədə fikirlərini bildirib. O, “Truth” sosial şəbəkəsindəki paylaşımında vurğulayıb: “Mən İranın böyük və uğurlu ölkə olmasını istəyirəm, lakin onun nüvə silahı ola bilməz”. Tramp həmçinin qeyd edib ki, ABŞ-ın guya İranı məhv etmək üçün İsraillə birgə işləməsi ilə bağlı şayiələr çox şişirdilib.
“Mən İranın sülh yolu ilə inkişaf etməsinə və çiçəklənməsinə imkan verəcək dinc nüvə sazişinə üstünlük verərdim. Biz bunun üzərində dərhal işə başlamalıyıq və saziş imzalanandan sonra Yaxın Şərqdə böyük bayram keçirəcəyik”, – ABŞ prezidenti əlavə edib.