AZ

Azərbaycanın nar ixracından gəliri niyə azalıb? - Fərhad Qaraşovun baxışı

2024-cü ildə Azərbaycan nar ixracının həcmini 2023-cü illə müqayisədə artırsa da, bu sahədən əldə etdiyi gəlir azalıb.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.

Onun sözlərinə görə, ötən il ölkəmiz əvvəlki ilə nisbətən 18,5 % çox - 33,9 min ton nar ixrac edib, əvəzində isə 2,7 % az - 29,8 milyon ABŞ dolları gəlir əldə edib.

"Azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi, bununla da alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın nar ixracında ənənəvi bazarı Rusiyadır. İxracatçılarımız bəzən hətta məhsullarını maya dəyərindən aşağı satmalı olublar. Bundan başqa, ötən mövsümdə logistika xərcləri artıb. Son nəticədə nar ixracından gəlirimiz azalıb", - deyə sədr qeyd edib.

Onun sözlərinə görə, hazırda nar istehsalçıları ixracını şaxələndirməyə çalışır:

Seçilən
22
aznews.az

1Mənbələr