Bakı, TurkicWorld
2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1 faiz azalaraq, 319 min 85 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 4 milyon 309 min 220 dollar məbləğində sement ixrac edib.
Qeyd edək ki, keçən ilin dekabr ayında Türkiyə 341 milyon 289 min dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3 faiz azdır.
Keçən ilinyanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.