Demokrat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, elektron reseptlər itmir, zədələnmir və fiziki daşıyıcılarda yaranan mümkün problemlərdən qorunmuş olur:
“Pasiyentlərə təyin edilən bütün reseptlər sistemin yaddaşında saxlanılır ki, bu da tibbi məlumatların əlçatanlığını təmin edərək, xəstələrə daha dəqiq və effektiv müalicə təyin edilməsinə şərait yaradır. Elektron reseptlərin tətbiqi, həmçinin ölkəyə qanunsuz yolla gətirilən dərman vasitələrinin dövriyyəsinin qarşısını alaraq, bu sahədə şəffaflığın artırılmasına xidmət edir”.
S.Məhərrəmova bildirib ki, elektron resept sistemində yalnız dövlət qeydiyyatından keçən və qiymətlərin yuxarı həddi Tarif Şurası tərəfindən təsdiq edilən dərman preparatlarının təyin edilməsi mümkündür:
“Bu yanaşma pasiyentlərin keyfiyyətsiz və istifadə müddəti bitmiş dərman vasitələrinə məruz qalmasının qarşısını alır və onların təhlükəsiz müalicə almasını təmin edir. Elektron Resept tətbiqinin daha bir üstünlüyü pasiyentə yazılan dərman vasitələrinin qəbul vaxtlarının xatırladılmasıdır. Bunun üçün pasiyent mobil tətbiqə daxil olub ona yazılan dərman vasitələrinin vaxtlarını bir kliklə təqvimə əlavə edir. Dərman preparatlarının qəbul vaxtlarında təqvim üzərindən mobil cihaza bildiriş daxil olur”.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, elektron resept tətbiqi vasitəsilə dərman vasitələrinin molekulyar tərkibinin təyin edilməsi mümkündür:
6Mənbələr
-
hokm.azElektron reseptin tətbiqinə başlanılır ( 15276399)
-
demokrat.azElektron reseptin tətbiqinə başlanılır ( 15273403)
-
Ajans.azElektron reseptin tətbiqinə başlanılır ( 15272855)
-
az.trend.azElektron reseptin üstünlükləri ( 15270607)
-
operativmedia.azElektron reseptin üstünlükləri nələrdir? ( 15268375)
-
modern.azElektron reseptin tətbiqinə başlanılır ( 15272595)