Yaponiyanın olimpiya və dünya çempionu olmuş cüdoçuları Bakıda keçiriləcək "Böyük Dəbilqə"də çıxış edəcəklər.
Demokrat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qadınlar arasında olimpiya, üçqat dünya çempionu Natsumi Çunoda (48 kq), olimpiya və dördqat dünya çempionu Uta Abe (52 kq) tatamiyə çıxacaqlar.
Kişilərdə olimpiya və dünya mükafatçısı Ryuju Naqayama (60 kq), dünya mükafatçısı Tatsuki İşihara (73 kq), olimpiya və dünya mükafatçısı Sanşiro Murao (90 kq) mübarizə aparacaq.
Həmçinin ikiqat Olimpiya və üçqat dünya çempionu Ono Şoheyinin də məşqçi kimi Yaponiya nümayəndə heyətinin tərkibində Bakıya gələcəyi gözlənilir. Ümumilikdə Yaponiya Bakıdakı turnirdə 19 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 14-16-sı aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

10Mənbələr
-
demokrat.azYapon cüdo ulduzları Bakıda tatamiyə çıxacaq — FOTO ( 15274697)
-
rekord.azYaponiyanın tanınmış cüdoçuları Bakıda yarışacaqlar ( 15272835)
-
bakivaxti.azKomanda yoldaşını dişlədiyi üçün heyətdən kənarlaşdırıldı ( 15271091)
-
futbolpress.azYaponiyanın cüdo əfsanələri Bakıya gələcək ( 15269485)
-
musavat.comDünya çempionu məscid işçisinin çənəsini sındırdı - ŞOK GÖRÜNTÜLƏR ( 15250897)
-
bakupost.azYol vermədiyi üçün boynunu sındırmışdı, 1 il cəza verildi ( 15250033)
-
medianews.az“Arsenal”ın ulduzu Juninyonun komanda yoldaşı olacaq ( 15235881)
-
operativmedia.azPremyer Liqada komanda sayı artırıldı ( 15232295)
-
offsideplus.az"Arsenal"ın ulduzu Juninyo ilə komanda yoldaşı olacaq ( 15218839)
-
buta.mediaKişini bıçaqladı, ardınca həyat yoldaşını avtomobillə vurdu - video ( 15211311)