AZ

Məktəbdə baş verən atışma ən dəhşətli hadisə kimi qiymətləndirilir

Məktəbdə

İsveçin Örebro şəhərindəki Campus Risbergska adlı yetkinlər üçün məktəbdə baş verən hücum ölkə tarixində ən dəhşətli kütləvi atışma kimi qiymətləndirilib. “Ulusum”.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson X sosial şəbəkəsində məlumat verib. Baş nazir hadisənin bütün cəmiyyətə təsir etdiyini və buna biganə qalmağın mümkün olmadığını bildirib."Bu gün baş verən hadisənin miqyasını anlamaq çox çətindir. Tamamilə günahsız insanlara qarşı dəhşətli və ölümcül zorakılığın şahidi olduq," deyə Kristersson vurğulayıb.Ədliyyə naziri Gunnar Strömmer isə cəmiyyətdə böyük qorxu olduğunu qeyd edib: "İsveç xalqı heç vaxt belə bir hadisənin baş verəcəyini düşünməzdi. Digər ölkələrdəki oxşar xəbərləri oxuyarkən özlərini qorunmuş hesab edirdilər."Hücum zamanı təxminən 10 nəfər güllələnib, xəsarət alanların dəqiq sayı dəqiqləşdirilir. Hadisəni törədən 35 yaşlı kişi isə zərərsizləşdirilib.Səidə

Diqqət Çəkənlər

Sabah Azərbaycanda hava necə olacaq?

Yunanıstan əhalisi güclü zəlzələdən ehtiyat edərək adanı tərk edirlər

Mətbuat Şurasının sədri kimlərə mesaj göndərdi?

Seçilən
33
32
ulusum.az

10Mənbələr