Qazaxıstanın Arkalık şəhəri yaxınlığında An-2 sanitar təyyarəsi sərt eniş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
"Bu gün Kostanay-Arkalık reysi ilə uçan An-2 tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.
Məlumata görə, təyyarədə 4 nəfər olub.