AZ

1,1 milyon pensiyaçını əhatə edən yeni artımlar üçün illik əlavə 530 milyon manat xərclənəcək

Bakı. Trend:

2025-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar DövlətStatistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü ilüzrə ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğunolaraq 8.1 faiz indeksləşdirilməklə artırılır.

Trend xəbər verirki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri HimalayMəmişovun Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalarınindeksləşdirilərək artırılmasına dair keçirdiyi mətbuatkonfransında məlumat verilib.

Bildirilib ki, artımlar bu il yanvarın 1-dən tətbiq olunur vəyanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayınınpensiyası ilə birgə pensiyaçılara ödənəcək.

Məsələn, şəxsin pensiyası bu il yanvarın 1-nə 500 manat təşkiledirsə, bu məbləğ cari il yanvarın 1-dən 8,1 faiz, yəni 40 manatartırılmaqla 540,5 manata çatdırılacaq, yanvar ayının 40 manatartımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək.

Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlarüçün illik əlavə olaraq 530 milyon manat xərclənəcək.

Qeyd edilib ki, artımlar elektron sistem üzərindən avtomatikşəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansısənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur.

Seçilən
22
1
az.trend.az

2Mənbələr