AZ

ABL: "Quba" "Sumqayıt"ı məğlub etdi

Basketbol üzrə Azərbaycan Liqasının 14-cü turu çərçivəsində "Quba" və "Sumqayıt" komandaları qarşılaşıblar.

Basketbol üzrə Azərbaycan Liqasında 14-cü turun oyunları keçirilir.

"Operativ Media" xəbər verir ki, turun ikinci oyun günündə “Quba” və “Sumqayıt” komandaları qarşılaşıb.

Matç Quba təmsilçisinin 90-80 hesablı qələbəsi ilə başa çatıb.

19:00 "Quba" – "Sumqayıt" - 90:80 (25:23, 18:24, 21:16, 26:17)

Bakı, “Sərhədçi” SC.

Simon Kirkland 28 xal toplayaraq qalib komandanın ən yaxşı oyunçusu olub. 

Seçilən
56
operativmedia.az

1Mənbələr