AZ

Berezutski: “Limit heç bir ölkəyə xeyir verməyib”

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis 0:0 hesabıyla yekunlaşmış matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Nəyisə şərh etmək çətindir. Ümid edirəm ki, nə vaxtsa “Sumqayıt”ın qapısına yol tapa, qol vura biləcəyik. Biz sadəcə kubok oyununa deyil, çempionat matçına da köklənirik. Qarşıda oyunlarımız çoxdur. Bizim məqsədimiz hər bir oyunda qalib gəlməkdir”.

Berezutski AFFA İcraiyyə Komitəsinin Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsinə də müansibət bildirib:

“Limit dünyanın heç bir ölkəsinə xeyir gətirməyib. Amma yenə də öz qərarınızdır. Mən limitə qarşıyam. Fikrimcə, limitin heç bir faydası yoxdur”.

“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə heç-heçəyə belə şərh verib:

“Yaxşı oyun gördük. Hər iki tərəf dinamik oynadı. Rəqibin də, bizim də şanslarımız var idi. Komandama yaxşı oyuna görə təşəkkür edirəm. Sıx qrafikdəyik, növbəti oyuna hazırlaşacağıq”.

Cavadov da AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilmiş qərarlarla bağlı fikirlərini paylaşıb:

“İndi nəsə rəy vermək tezdir. Strategiyanı yazanlar yəqin, bizdən, məndən savadlıdırlar. Neçə ildir, bu işlə məşğuldurlar. İnanıram ki, nəticələrini görəcəyik. Qərarlar bütün milli komandalara təsir edəcək. Bu, bəlkə də yerli oyunçulara zərbə olacaq. Baş məşqçi kimi mənim üçün yaxşıdır. Amma yerli oyunçuları, akademiyaları nəzərə almaq lazımdır. Qərar qəbul olunub və nəticəni gözləməliyik. Komanda sayının çoxluğu yaxşı haldır. Bu da yerli oyunçuların şans qazanmasına faydalıdır. Bu gün 17 yaşlı oyunçunu meydana buraxmaq yaxşıdır, yoxsa hazır oyunçunu? Hazırda hər komandada 12 legioner var, bundan sonra da 12-si gələcək. Hər klubun öz strategiyası var. “Sumqayıt” da həm akademiyaya güvənəcək, həm də legionerlərə”.

Seçilən
20
arena.az

1Mənbələr