AZ

Bu transfer tarixə düşdü

  MLS təmsilçisi “Atlanta Yunayted” İngiltərə çempionatından transferini tamamlayaraq liqa tarixində transfer rekorduna imza atıb.

ABŞ komandası “Midlsbro”nun forvardı Emmanuel Latte-Latanın keçidi üçün 21,25 milyon avro ödəyib. Tərəflər müxtəlif bonuslar barədə razılığa gəldikləri üçün transfer məbləği arta bilər.

Latte-Latanın transferi MLS tarixində ən bahalı keçid olub. Əvvəlki rekord bir neçə gün davam edib. Söhbət belçikalı hücumçu Kevin Denkay “Serk Brügge”dən “Sinsinyati”yə 15,3 milyon avroluq transferindən gedir.

Emmanuel Latte-Lat bu mövsüm “Midlsbro”nun heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib./publika.az   

Seçilən
8
1
referans.az

2Mənbələr