AZ

USAID ləğv olunur və bütün ofis və nümayəndəliklərinin işçiləri inzibati məzuniyyətə göndərilir

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) cümə günü, fevralın 7-də yerli vaxtla saat 23:59-da bütün ofis və nümayəndəliklərin işçilərinə inzibati məzuniyyət veriləcəyini açıqlayıb.

Söhbət birbaşa işə götürülən işçilərdən gedir. Kritik funksiyalara cavabdeh olan işçilər, həmçinin xüsusi təyin olunmuş proqramların əsas rəhbərliyi və personalı üçün istisnalar ediləcək.

USAİD-in press-relizində qeyd edildiyi kimi, agentlik missiyalar və Dövlət Departamenti ilə əlaqələndirilərək ABŞ-dan kənarda işləyən işçilər üçün fəaliyyət planı hazırlayır. Müqaviləyə əsasən, USAID bu şəxslərin 30 gün ərzində ABŞ-a qaytarılmasını təşkil edəcək və vacib sayılmayan müqavilələrə xitam verilməsini təmin edəcək. Agentlik qeyd olunan müddətlərin hər bir hal üçün fərdi qaydada uzadılması zərurətini nəzərdən keçirəcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr