AZ

ABŞ gəmiləri Panama kanalından pulsuz istifadə edəcək

Panama hakimiyyəti kanaldan keçən ABŞ-a məxsus gəmilər üçün ödənişdən imtina etmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Amerika gəmilərinə həddən rüsum qoyulduğunu bildirərək “Panama kanalını geri almaq” niyyətini açıqlamaışdı.

“Artıq ABŞ hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən keçə bilər, bu da ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət edəcək”, deyə Dövlət Departamentinin X sosial şəbəkə hesabında yaydığı bəyanatda deyilir.

Xatırladaq ki, yanvarın 20-də andiçmə mərasimində çıxış edən Donald Tramp Çinin Panama kanalına nəzarət etdiyini vurğulayaraq, “biz onu Çinə vermədik, Panamaya verdik” deyib. ABŞ prezidentinin bəyanatlarından sonra Panamanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.

Fevralın 3-də ABŞ-ın dövlət katibi Marko Rubio Panamada olub və burada Panama prezidenti Raul Mulino ilə görüşüb. Danışıqlardan sonra Panama “Bir kəmər və yol” təşəbbüsü üzrə Çin ilə anlaşma memorandumunu uzatmaqdan imtina edib.

Poliqon.info

Seçilən
38
1
poliqon.info

2Mənbələr