AZ

Panama hakimiyyəti geri çəkildi:ABŞ-a məxsus gəmilərdən rüsum alınmayacaq

ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən verilən məlumata görə, Panama hakimiyyəti Panama kanalından keçən ABŞ-a məxsus gəmilər üçün ödənişdən imtina etmək qərarına gəlib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl “Amerika gəmilərindən həddən artıq çox rüsum alındığını” bildirmiş və ölkənin məqsədini “Panama kanalını geri almaq” olduğunu demişdi.

Dövlət Departamentinin H.-nin sosial media hesabında yaydığı bəyanatda deyilir: “ABŞ hökumətinin gəmiləri indi Panama kanalından rüsum ödəmədən tranzit keçə bilər, bu da ABŞ hökumətinə ildə milyonlarla dollar qənaət edəcək”.
Xatırladaq ki, yanvarın 20-də andiçmə mərasimində çıxış edən Donald Tramp Çinin Panama kanalına nəzarət etdiyini vurğulayaraq, “biz onu Çinə vermədik, Panamaya verdik” deyib. ABŞ prezidentinin bəyanatlarından sonra Panamanın BMT-dəki daimi nümayəndəliyi BMT-nin baş katibi Antonio Quterreşə şikayət ünvanlayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
8
1
editor.az

2Mənbələr