Bakı. Trend:
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotikvasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatkeçirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, həyatakeçirilən tədbirlərlə Üzeyir Musayev, Elçin Hüsüyev və AnarMəmmədov saxlanılıb. Onlardan 3 kiloqram 300 qram marixuana aşkarolunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldəetdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.