“Araz-Naxçıvan” qış transfer pəncərəsi dövründə ilk transferini rəsmiləşdirib.
“Qafqazinfo” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeş əsilli belçikalı yarımmüdafiəçi Əyyub Allaşla 6 ay +1 illik müqavilə imzalanıb.
27 yaşlı futbolçunun son klubu Moldova “Şerif”i olub.
O, karyerası ərzində “Lyers”, “Svope Park Reyncers”, “Lyers Kempenzone”, həmçinin 2023-cü ilin qışından 2024-cü ilin yayına qədər “Qəbələ”nin formasını geyinib.
Hücumameyilli yarımmüdafiəçi Mərakeşin U-20 milli komandasında da çıxış edib.