Rusiya üzərində Ukraynanın 28 PUA-sı vurulub
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 28 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, hava hücumundan müdafiə sistemləri 13 PUA-nı Azov dənizinin suları üzərində, 8 PUA-nı isə Rostov vilayətinin ərazisində vurub.
Daha altı pilotsuz təyyarə Krasnodar diyarında, biri isə Həştərxan vilayətində hədəfə tuş gəlib.
E. KAMAL