AZ

Premyer Liqa klubu Əyyub Allaşın keçidini açıqladı

“Araz-Naxçıvan” qış transfer dönəmində ilk keçidini reallaşdırıb.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi tanış sima ilə güclənib.

Belə ki, “Qəbələ”nin sabiq yarımmüdafiəçisi Əyyub Allaş karyerasını yenidən Azərbaycanda davam etdirəcək. Ötən ilin yayında “Qəbələ”dən ayrılan 27 yaşlı oyunçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb.

Mərakeşin U-20 millisinin sabiq oyunçusunun son klubu Moldova “Şerif”i olub.

Seçilən
8
msport.az

1Mənbələr