AZ

ABŞ-da hava limanında iki sərnişin təyyarəsi toqquşdu – VİDEO

ABŞ-ın Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

Bizim.Media xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.

Bildirilib ki, Yaponiya aviaşirkətinə məxsus təyyarə Amerikanın Delta aviadaşıyıcısının təyyarəsini vurub.

Toqquşma hava məkanının nəzarət zonasından kənarda baş verib və insident bəzi uçuşların dayandırılmasına səbəb olub. Nəticədə bir neçə reys gecikib.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardıqlarını açıqlayıb. Hadisə zamanı insan itkisi və maddi zərərlə bağlı məlumat verilməyib.


Bizim.Media

Seçilən
31
7
bizim.media

9Mənbələr