AZ

Juninyo “Flamenqo”da ilk qolunu vurdu – VİDEO

“Qarabağ”ı “Flamenqo”ya dəyişən Olavio Juninyo yeni komandasında qol hesabını açıb.

Medianews.az oxu.az-a istinadən xəbər verir ki, “sambaçı” “Portuquesa” ilə görüşün 40-cı dəqiqəsində rəqib qapısına yol tapıb.

Bu, onun “Flamenqo” forması ilə ilk qolu olub. Juninyo qolunu vəfat edən anasına həsr edib.

Qeyd edək ki, görüş “Flamenqo”nun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
14
2
medianews.az

5Mənbələr