Bakı. Trend:
İndiyək sənaye zonalarında investisiya portfeli 7,9 milyardmanat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isəqeyri-rezidentlik statusu verilib.
Trend xəbərverir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonalarınİnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sahibkarlar tərəfindən sənaye zonalarınaindiyədək 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisəfəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb:
"Həmçinin, növbəti mərhələdə mövcud layihələr üzrə sənayezonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanınyatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdətutulur".
"2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9milyard manatlıq hissəsi ixrac edilib", - deyə o qeyd edib.