AZ

Seymur Adıgözəlov: İşğaldan azad edilmiş ərazilərdə 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır

Ölkəmizdə 13 sənaye zonası mövcuddur ki, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.

Məlumat üçün bildirim ki, son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur ki, bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.Ölkədə sənaye zonalarının yaradılmasında əsas məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, idxaldan asılılığın aradan qaldırılması və ölkənin ixrac imkanlarının genişləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Operativ Media xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov deyib.
Qeyd etdiyim məqsədlərin, hədəflərin həyata keçirilməsi istiqamətində qısa zamanda böyük uğurlar əldə edilib və edilməkdədir. Belə ki biz statistik göstəricilərə baxdıqda hər il sənaye zonalarında məhsul istehsalında, yeni iş yerlərinin yaradılmasında, ixrac imkanlarının genişləndirilməsində müsbət dəyişikliklərin olduğunu görərik.


İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən il ərzində zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bunlardan 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.


Göründüyü kimi bunlardan da 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarının payına düşür. Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq.

Seçilən
43
3
operativmedia.az

5Mənbələr