AZ

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib.

2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə tərəfindən ümumilikdə 48,6 milyon manat investisiya yatırılıb, 389 daimi iş yeri yaradılıb. Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır.

Operativ Media xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib: "Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manat investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb. Həmçinin növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.
Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi ixracın payına düşür.
2023-cü illə müqayisədə ixrac 8,1% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.
Əsasən sənaye zonalarında istehsal edilən polimer, karbamid, sürtgü yağlarının, şüşə lövhələrin, polad boruların, kabel, sulfat turşusunun, tütün məmulatlarının, keramik plitələrin, ipliklərin, divar kağızlarının, müxtəlif təyinatlı ayaqqabıların və s məhsulların ixracı həyata keçirilib".


2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6%, ixracında isə 26% təşkil edib. Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır.
Bundan başqa məlum olduğu kimi Dövlət başçısının 2024-cü il 12 iyun tarixli Fərmanı ilə Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradıldı. Hacıqabul Sənaye Məhəlləsinin Parka çevrilməsinin ən mühüm məqsədi sahibkarların bu zonaya maraq dairəsinin yüksək olmasıdır. Daha əvvəl Sənaye Məhəlləsinin üzvü kimi qeydiyyatdan keçən sahibkarların, Parkın iştirakçısı kimi qeydiyyata aparılması işləri tamamlanmışdır. Hazırda 8 sahibkar rezident, 2 sahibkar isə qeyri-reizdent kimi qeydiyyatdan keçib.


Sədr qeyd edib ki, Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb: "İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur.
Həmçinin yaxın vaxtlarda Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar Parka cəlb ediləcək. Naxçıvan Sənaye Parkında da rezidentlər ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi gömrük, vergi güzəştlərindən yararlana biləcəklər".

Seçilən
46
7
operativmedia.az

10Mənbələr