AZ

Şuşada SOCAR yanacaqdoldurma stansiyası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Şuşa şəhərində SOCAR brendli ilk stasionar yanacaqdoldurmastansiyası (YDS) istifadəyə verilib.

SOCAR-ın mətbuat xidmətindən Trend-ə bildirilib ki, yeni yanacaqdoldurmastansiyasının açılış mərasimində “SOCAR Petroleum” QSC-nin rəhbərheyəti və qonaqlar iştirak ediblər. Tədbirdə xüsusən son illərərzində görülən işlərdən və qarşıda duran hədəflərdən danışılıb.QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakıfəaliyyətindən bəhs edilib. Həmçinin kollektivə yeni qoşulanəməkdaşlara fəaliyyətlərində uğurlar arzu olunub.

Qeyd edək ki, ölkəmizdə məşğulluq səviyyəsinin artırılması vəəhalinin sosial rifahının yaxşılaşdırılması siyasətinə uyğunolaraq, yanacaqdoldurma stansiyasının açılması ilə bərabər, 26 yeniiş yeri də yaradılıb.

Sürücülərin ən çox istifadə etdiyi yollardan olanŞuşa-Xankəndi-Laçın yolunda fəaliyyətə başlayan yeni YDS-də 3yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95”Premium, “Aİ-98” Super və “Dizel” markalı yanacaq məhsullarınınsatışı həyata keçirilir. Eyni zamanda, elektormobillər də nəzərəalınaraq stansiyada enerji doldurma məntəqəsi də istismara verilib.YDS nağdsız satış üçün POS-terminallar ilə təchiz edilib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkəərazisində SOCAR brendli 69 yanacaqdoldurma stansiyası və 13 neftbazası sahəsi fəaliyyət göstərir ki, onlardan 9-u işğaldan azadedilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındayerləşir.

Şuşada
Şuşada
Şuşada
Şuşada
Məqalədə:
Seçilən
19
7
az.trend.az

10Mənbələr