AZ

Seymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ölkədə sənaye zonalarının yaradılmasında əsas məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi, idxaldan asılılığın aradan qaldırılması və ölkənin ixrac imkanlarının genişləndirilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
Sədr bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən ötən il ərzində 31 sahibkarlıq subyektinə rezidentlik, bir sahibkara isə qeyri-rezidentlik statusu verilib:
"Bunlardan 14-ü Ağdam Sənaye Parkının, səkkizi "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, üçü Sumqayıt Kimya Sənaye Parkının, biri Pirallahı Sənaye Parkının, biri Hacıqabul Sənaye Parkının, ikisi Masallı Sənaye Məhəlləsinin, ikisi Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında bir sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.
Göründüyü kimi, bunlardan 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının payına düşür.
Yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224.6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır. Qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq".
Məhərrəm Əliyev
Seçilən
44
3
oxu.az

4Mənbələr