AZ

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu

Gəndov-Yalama yolunun Qımıl kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü – Xaçmaz şəhər sakini Səfər Ağayev təhlükəsizlik kəmərini bağlamadığına görə Yol Patrul Xidməti (YPX) Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Editor.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından, onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, S.Ağayevin avtomobilində narkotik vasitə də aşkar olunduğuna görə barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Seçilən
46
12
editor.az

10Mənbələr