Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Senzor.az-a bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıblar.
Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.