AZ

Analitik: Aİ müdafiə xərclərini artırmaq üçün tez zamanda pul tapa bilməyəcək

Avropa Siyasət Mərkəzinin (EPC) analitik mərkəzinin baş mütəxəssisi Pol Teylor bildirib ki, Avropa İttifaqına üzv ölkələr müdafiə xərclərini artırmaq üçün vəsaiti tez zamanda tapa bilməyəcəklər...

Poliqon xəbər verir ki, ekspert bu barədə The Guardian üçün köşə yazısında yazıb.

"Avropa ölkələrinin əksəriyyəti aşağı iqtisadi artım, yüksək enerji qiymətləri və özlərinə tətbiq edilən kəsir qaydaları səbəbindən büdcə məhdudiyyətləri ilə üzləşirlər. İndi müdafiə üçün daha çox pula ehtiyacımız var", deyə Teylor qeyd edib.

O, vurğulayıb ki, avropalı siyasətçilər sosial təminat, səhiyyə və təhsil kimi digər xərc maddələrini azaltmağa cəsarət etmirlər.

Onun fikrincə, sosial xərclərin azaldılması yolu ilə sülh dövründə müdafiə xərclərinin maliyyələşdirilməsi əksər Qərbi Avropa ölkələri üçün sosial cəhətdən qəbuledilməz və siyasi cəhətdən intihara səbəb olar.

Bloomberg bundan əvvəl yazmışdı ki, Aİ-yə üzv ölkələrin silahlı qüvvələri münaqişə vəziyyətində silahlı qüvvələri tez bir zamanda yerləşdirmək imkanlarını hələ də təkmilləşdirə bilməyib.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr