“Real Madrid” İspaniya Kral Kubokunda yarımfinala yüksəlib.
Oxu24.com xəbər verir ki, Madrid klubu 1/4 finalda “Leqanes”lə qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, Karlo Ançelottinin rəhbərlik etdiyi komanda adını yarımfinala yazdırıb.
Qeyd edək ki, bundan əvvəl də “Atletik Madrid” 1/4 finalın ilk matçında “Xetafe” üzərində 5:0 hesabı ilə qələbə qazananaraq yarımfinala yüksəlib.