AZ

Kelloq Münhen Konfransında Ukrayna Münaqişəsinə son qoymaq planını təqdim edəcək

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq planını təqdim edəcəyi gözlənilir. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Bununla belə, Amerika administrasiyasının nümayəndəsinin mesajında ​​konkret hansı müddəaların yer alacağı açıqlanmır.

Bundan əvvəl Kelloq X-də Münhen konfransında iştirakı və ABŞ-ın müttəfiqləri ilə Ukraynada sülh yolu ilə nizamlanma məsələsini müzakirə etmək niyyəti barədə məlumat vermişdi.

“The Wall Street Journal” yazır ki, Tramp Kelloqa Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. O, hesab edir ki, “Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etmək Trampın seçki kampaniyası zamanı prezident vəzifəsinə başlamazdan əvvəl münaqişəyə son qoyacağını dediyi zaman təqdim etdiyindən daha çətin iş olacaq”.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
28
oxumeni.az

1Mənbələr