AZ

Ağcabədidə bir nəfər kanalda batdı

Ağcabədidə bir nəfər kanalda batıb.

Bu barədə Ölkə.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Seçilən
17
19
olke.az

10Mənbələr