AZ

"Bütün hallarda mən çıxışçılarımızdan razıyam" - Sabiq güləşçi DANIŞDI

"“Zaqreb Open” turniri 2025-ci ilin ilk beynəlxalq yarışıdır". Bunu SİA-ya Azərbaycanın sabiq güləşçisi Elçin Cəfərov deyib.

O, Xorvatiyanın paytaxtında güləş üzrə reytinq seriyasının ilk turniri olan “Zagreb Open”də iştirak edən Azərbaycna millisi barədə danışıb.

Cəfərov vurğulayıb ki, bütün dünyanın ən güclü güləşçiləri burada mübarizə aparır: "Hər bir güləşçi ilin ilk beynəlxalq yarışında mübarizə aparmağı daim planlaşdırır. Yığma komandamızda ölkə çempionatının qalibləri və bu yarışda iştirak edə bilməyən zədəli idmançılar bu yarışda öz şanslarını sınayacaqlar. Bütün yığma komandanın üzvlərinin bu turnirdə iştirakı nəzərdə tutulub. Ötən gün sərbəst güləşçilərimiz yarışda mübarizələrini bitirdilər. Bu gün isə yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Hər birinə uğurlar arzulayıram. Bütün hallarda mən çıxışçılarımızdan razıyam. Təbii ki, bu yarışda iştirak etmək aprelin əvvəlində keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır".

Qeyd edək ki, Zaqrebdə Azərbaycanı 33 idmançı təmsil edir.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
22
sia.az

1Mənbələr