AZ

Hacı İsmayılov Nuriyyə Əhmədovanın dəfninə niyə getməyib?

Xalq artisti Hacı İsmayılov “Həm ziyarət, həm ticarət” filmində tərəf müqabili olan, mərhum Xalq artisti Nuriyyə Əhmədovanın dəfn mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb.

OLAY yazır ki, bu barəəd o, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb. H. İsmayılov deyib ki, həmin dövrdə Bakıda olmadığı üçün vida mərasiminə gedə bilməyib:

“Nuriyyənin dəfnində burada deyildim, səfərdə idim. Nuriyyə xanım Azərbaycan kinosunun, teatrının sevilən aktrisalarından biri idi. Onunla “Həm ziyarət, həm ticarət” filmində hər günümüz bir yerdə keçib. Hətta bəzi yerlərdə filmdən danışanda deyiblər ki, Nuriyyə xanım çox gözəl oynayır... Hətta məni demirlər, ondan bəhs edirlər. Lakin çox dramatik, faciəvi həyat yaşadı. Böyük qızı “Həm ziyarət, həm ticarət” filmində elə bizim qızımızı oynayıb. Sonra o qızı, ardınca oğlu faciəvi şəkildə vəfat etdilər. Onun taleyi yadıma düşəndə Sovet dövrünün məşhur müğənnisi Lyudmila Zyknanı xatırlayıram. Lyudmilanın hər şeyi var idi, SSRİ Xalq artisti idi, Lenin ordeni, digər ordenləri, mənzili, maşını hər şeyi olub. O, vəfat edəndən sonra prodüserindən soruşurlar ki, onun hər şeyi, var-dövləti varıydı, bəs xoşbəxt idi? Cavab verir ki, o, səhnədə, sənəti olanda xoşbəxt idi, çünki ailəsi, uşağı yox idi. Həyatdır, mətnli, mərd insan idi ki, o faciələrin müqabilində filmlərə çəkilirdi. Sənət onu yaşadırdı. Sənət bitəndən sonra dərdlər çoxalırdı”. 

Seçilən
21
2
olay.az

4Mənbələr