Mərkəzi Asiya ölkələrinin etnik tərkibində qardaş türk kökənli xalqlar üstünlük təşkil edir.
Mərkəzi Asiya saytı bölgənin türk dövlətlərinin etnik tərkibinə dair material hazırlayıb.
Qazaxıstan
2025-ci il yanvarın 1-nə Qazaxıstan əhalisinin sayı 20 milyon 286 min 84 nəfər olub. 2024-cü ilin əvvəlinə (əhalisi 20 033 546 nəfər idi) qazaxların etnik tərkibdə xüsusi çəkisi 70,98%-ə çatıb ki, bu da 14,2 milyon nəfərdir. Qazaxıstanda həmçinin ruslar - 2,98 milyon nəfər (14,89%), özbəklər - 660,6 min nəfər (3,3%), ukraynalılar – 375,9 min nəfər (1,88%), uyğurlar - 301,6 min (1,51%) yaşayırlar.
Qazaxıstanın digər ən böyük etnik qrupları almanlar – əhalinin 1,12%-i, tatarlar – 1,11%, azərbaycanlılar – 0,76%, koreyalılar – 0,60%, türklər – 0,45% və dunqanlar – 0,42% təşkil edir.
Qırğızıstan
Qırğızıstanın daimi əhalisi 2024-cü il iyulun 1-nə 7 milyon 219 min nəfər olub
2022-ci ilin əvvəlinə (əhalisi 6,7 milyon nəfər idi) 4,9 milyon nəfər (73,13%) qırğızlar yaşayırdı. Qırğızıstanda həmçinin, özbəklər - 999,3 min nəfər (14,9%), ruslar - 335,2 min nəfər (5%), dunqanlar - 76,5 min nəfər (1,14%), uyğurlar - 61 min nəfər (0,9%), taciklər - 60 min nəfər (0,9%), türklər - 45,8 min nəfər (0,6%), qazaxlar - 36,8 min nəfər (0,5%), tatarlar - 26 min nəfər (0,3%), azərbaycanlılar - 21,6 min nəfər (0,3%), koreyalılar - 16,9 min nəfər (0,2%) yaşayır
Ümumilikdə digər daha aszaylı millətlərin sayı isə 48,4 min nəfərdir (0,7%).
Özbəkistan
Özbəkistanın daimi əhalisi 2025-ci il yanvarın 1-nə 37 milyon 543 min nəfər olub.
2021-ci il yanvarın 1-nə (əhali 34,6 milyon nəfər idi) özbəklər əhalinin 84,4 faizini və ya 29,2 milyon nəfəri təşkil edir.
Özbəkistanda həmçinin taciklər - 1,7 milyon nəfər (4,9%), qazaxlar - 821,2 min nəfər (2,4%), qaraqalpaqlar -752,7 min nəfər (2,2%), ruslar - 720,3 min nəfər (2,1%), qırğızlar - 291,6 min nəfər, türkmənlər - 206,2 min nəfər, tatarlar - 187,3 min nəfər, koreyalılar - 174,2 min nəfər, ukraynalılar - 67,9 min nəfər, azərbaycanlılar - 41,2 min nəfər, belaruslar - 18,5 min nəfər yaşayırlar
Digər azsaylı millətlərin nümayəndələri isə ümumilikdə 426,4 min nəfər təşkil edir.
Tacikistan
Tacikistanın əhalisi 2024-cü il yanvarın 1-nə 10,2 milyon nəfər olub.
2010-cu ilin siyahıyaalınmasına əsasən (həmin il əhalinin sayı 7 milyon nəfər idi) ölkədə taciklər 82,3% və ya 6,1 milyon nəfər təşkil edib.
Tacikistanda həmçinin özbəklər - 12,2% və ya 926,3 min nəfər (qohum yerli türk xalqları ilə - 13,9% və ya 1054,7 min nəfər), qırğızlar - 0,8% və ya 60,7 min nəfər, ruslar - 0,5% və ya 34,8 min nəfər, türkmənlər - 0,2% və ya 15,1 min nəfər- yaşayır.
Türkmənistan
2022-ci ilin dekabrına olan məlumata görə, Türkmənistanda 7 057 841 nəfər yaşayır. Siyahıyaalmaya əsasən, türkmənlər respublikada 86,7 faiz və ya 6,1 milyon nəfər təşkil edib.
Türkmənistanda həmçinin özbəklər - 642,4 min nəfər (9,1%), ruslar - 114,4 min nəfər (1,6%), bəluçlar - 87,5 min nəfər (1,2%), azərbaycanlılar - 26,5 min nəfər (0,4%), qazaxlar - 11,8 min nəfər (0,2%) yaşayır.
Əziz Mustafa, Oxuməni.az