AZ

Minlərlə insanı işıqsız qoydu...

Toronto şəhərinin mərkəzində minlərlə insanın və müəssisələrin işıqsız qalmasına dələ səbəb olub.

Publika.az xəbər verir ki, şəhərdə bir çox yer təxminən 3 saat işıqsız qalıb. Axşam saatlarında elektrik enerjisinin verilməsi bərpa edilib.

Məlumata görə, buna səbəb dələ olub. O, stansiyada transformatora toxunub, nəticədə isə qoruyucu yanıb.

"Cohn Transmissiya Stansiyasında heyvanların təhlükəsizliyini təmin etmək və onların stansiyaya daxil olmasının qarşısını almaq üçün bir sıra maneələr var. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün əlavə tədbirlər görəcəyik", - enerji şirkəti bildirib.

Seçilən
40
publika.az

1Mənbələr