AZ

Kəmalə Aşımova: “İctimai şuraların aktiv olması üçün əhali onları tanımalıdır”

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kəmalə Aşımova QHT.az-a açıqlamasında ictimai şuraların fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, ictimai şuraların səmərəli fəaliyyət göstərməsi üçün əhalinin bu qurumlar haqqında məlumatlı olması mühüm amildir:

"Dövlət qurumları mütəmadi olaraq rayonlarda insanlarla görüşlər keçirir. Çox yaxşı olar ki, ictimai şuralar da belə iclaslar, ictimai dinləmələr, məsləhətləşmələr təşkil etsin. Sosial şəbəkələr, WhatsApp qrupları və texnoloji platformalardan istifadə edərək ictimai rəy toplamaq və insanların problemləri ilə bağlı sorğular keçirmək ictimai şuraların effektivliyini artırar."

Kəmalə Aşımova həmçinin vurğulayıb ki, ictimai şuralarda təmsil olunan təşkilatların müvafiq sahə üzrə təcrübəyə malik olması vacibdir:

"Bəzən biz görürük ki, aidiyyəti olmayan, bu sahədə təcrübəsi olmayan təşkilatlar ictimai şuralarda təmsil olunur. Çox yaxşı olar ki, hər bir təşkilat yalnız sahəsi üzrə təcrübəsi və bilikləri olduğu halda ictimai şuralara üzvlüyə namizədliyini versin."

Onun fikrincə, ictimai şuraların fəaliyyətinin daha şəffaf və effektiv olması üçün bu cür mexanizmlərin tətbiqi vacibdir.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
21
qht.az

1Mənbələr