21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Publika.az xəbər verir ki, B qrupunda yer alan yığma Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariqlə mübarizə aparacaq.
Qeyd edək ki, 2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək. Avropa çempionatının final mərhələsi 2027-ci ildə Serbiya və Albaniyada təşkil olunacaq.