AZ

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla sülh müqaviləsinin bağlanmasına ciddi təhdid yarada bilər - ŞƏRH

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün ilk növbədə sülh müqaviləsi bağlamalıdır.

"Türkiyə ilə dialoqu davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar. Əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışırlar, nümayəndələrimiz daimi təmasdadır və biz çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi fikir var".

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bəs Ermənistanın Türkiyə ilə yaxınlaşmaq istəyinin əsas səbəbi nədir və bu proses Azərbyacan və Ermənistan arasındakı sülh prosesin necə təsir edəcək?

Məsələ ilə bağlıdeputat Razi Nurullayev Operativ Media-ya açıqlama verib.

Millət vəkili qeyd edib ki, hal-hazırda quru və dəniz cəhətdən Ermənistan bağlı bir ölkədir:

“Paşinyanın Türkiyə ilə münasibətləri düzəltmək istəməsi təbii haldır. Çünki hal-hazırda Ermənistan hər tərəfdən sərhədləri bağlı bir ölkədir. Ermənistanın kənar ölkələrə çıxışı məhdududur. Cəmi 40 km-lik İranla dağlıq ərazidə bir sərhəddi var.  Bir də ki, Gürcüstan və Gürcüstan üzərindən Rusiyaya çıxışı var. Amma Rusiyaya çıxışı olan həmin yol qışda keçilməz olur. Qar uçqunu, sürüşmələr və digər təsirlər nəticəsində demək olar ki, bu yol qış aylarında bağlı olur. Ona görə də hal-hazırda quru və dəniz cəhətdən Ermənistan bağlı bir ölkədir.

Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədləri açması Ermənistanın iqtisadiyyatının inkişafı deməkdir. Türkiyə bugünə qədər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğuna görə, Ermənistanla sərhədlərini açmırdı. Amma indi, hal-hazırda Azərbaycanla sülh danışıqları getsədə, bu proses müəyyən mənada dalana dirənib. Belə bir vəziyyətdə, Ermənistan ən azından Türkiyə ilə sərhədlərini açmaq istəyir. Sərhədlərin açılması təbii ki, Ermənistanın Rusiyadan və Azərbaycandan asılılığını azaldacaq. Ermənistana müəyyən bir vaxt qazandıracaq”.

Deputat qeyd edib ki, Türkiyə sərhədlərinin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün müəyyən mənada arxayınlıq yarada bilər.

“Azərbaycanın tələbi və əsas gözləntisi budur ki, Ermənistan və Türkiyə arasında sərhədlər açılmasın. Sərhədlərin açılması, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə bağlı qalsın. Hazırda Ermənistan ciddi cəhdlər göstərir ki, Türkiyə ilə sərhədlər açılsın. Yəqin ki, bunun hələlik ən asan yolu diplomatik pasportu olan və üçüncü ölkənin şəxsləri üçün sərhədlərin açılmasıdır. Bu həyata keçirilə bilərmi sualına gəldikdə isə, əlbəttə ki, burada Azərbaycanı razı salmaq üçün müəyyən mövqe olacaq. Azərbaycan tərəfi diplomatik kanallarla və Türkiyə ilə qardaşlıq münasibətlərimiz olduğundan bu münasibətlərə bağlı, yəqin ki, öz sözünü deyib və deyəcək.

Türkiyə sərhədlərinin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün müəyyən mənada arxayınlıq yarada bilər. Bu isə, sülh müqaviləsinin təhlükə altına düşməsinə səbəb ola bilər. Ermənistanın iddiaları arta və ritorikası dəyişə bilər. Bu baxımdan, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması Azərbaycanla sülh müqaviləsinin bağlanmasına ciddi təhdid yarada bilər”.

Politoloq Məhəmməd Əsədullazadə  bildirib ki, Ermənistan Türkiyə ilə sərhədləri açmağa çalışır. Türkiyə də bu məsələdə maraqlıdır: “Tərəflər arasında intensiv dialoq gedir. Ermənistan tərəfinin atacağı addımlar var. Konstitusiyasında dəyişikliklər olmalıdır. Ermənistan, Türkiyəyə qarşı ərazi iddialarını da geri çəkməlidir. Azərbaycanla sülh bağlamalıdır. Zəngəzur dəhlizini açmalıdır. Çünki bu dəhliz Türkiyənin geosiyasi maraqlarına uyğun gəlir.

Türkiyə Zəngəzur dəhlizinin üzərində dayanır, çünki dəhliz açılarsa, əlbəttə ki, Türkiyə ilə Ermənistan əlaqələri normallaşacaq və sərhədlər açılacaq. Ermənistan Türkiyə vasitəsilə Avropaya quru çıxışı əldə etməyə çalışır. Çünki Ermənistanın yalnız Gürcüstanla sərhəddi var. Bu da Avropaya getmək üçün su yoluduR. Yalnız Türkiyə ilə əlaqələr normallaşarsa Ermənistan iqtisadi inkişafa nail ola bilər. Eyni zamanda, Rusiya orbitindən tamamilə çıxa bilər. Buna görə də, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistan və Türkiyə əlaqələrini normallaşdırmağa can atır. Amma buna görə, ilk növbədə Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Türkiyə Ermənistandan bunu tələb edir. Hazırda proses davam edir. İl ərzində bir neçə məsələlər həllini taparsa, Türkiyə-Ermənistan sərhədi açıla bilər. Bu da Azərbaycan sülh prosesinə mühim töhfə verə bilər".

Seçilən
40
2
operativmedia.az

3Mənbələr