AZ

Fransa və Suriya regionda təhlükəsizliyi müzakirə ediblər

Bakı, TurkicWorld

Fransa prezidenti Emmanuel Makron Surianın keçid dövrünün prezidenti Əhməd Şaraanı Parisə dəvət edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Makron Şaraa ilə apardığı telefon danışığında qeyd edib.

İlk olaraq, Makron Suriyadakı keçid prosesinə tam dəstəyini ifadə edərək, Şəraanı prezidentliyə başlaması və ölkəni Əsəd rejimindən azad etməsi münasibətilə təbrik edib. Daha sonra isə, iki lider Suriyaya qarşı sanksiyaların aradan qaldırılması, ölkənin böyüməsi və bərpası üçün səylərə toxunub.

Suriyada təhlükəsizlik və sabitliyin qorunması üçün birgə işləmək zərurətini müzakirə etdiyi görüşdə Makron Suriyadakı siyasi prosesləri və ölkənin birliyi, müstəqilliyi və ərazi suverenliyini dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, Suriyada 61 illik Baas rejimi ötən ilin 8 dekabr tarixində Hərbi Əməliyyatlar komandanlığı tərəfindən dervilib.

Seçilən
90
1
turkic.world

2Mənbələr