“İpək Yolu Sığorta” Risk mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək.
Vəzifənin öhdəlikləri:
1. Risk iştahası bəyannaməsini, risklərin idarə edilməsi siyasətlərini və qaydalarını hazırlamaq;
2. Sığortaçının fəaliyyətinin risklərin idarə edilməsi siyasətlərinə uyğunluğunu təmin edən prosedurları hazırlamaq;
3. Sığortaçının risk mədəniyyətinin vəziyyətinə dair hesabatlar hazırlamaq;
4. Məcmu və ayrı-ayrı risk növləri üzrə sığortaçının cari və gələcəkdəki risk iştahasına dair rəy hazırlamaq;
5. Strateji qərarlarında strateji risklərin, həmçinin müştərilərə təklif olunan sığorta məhsullarından yarana biləcək riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırılması üçün təkliflər vermək;
6. Risk hesabatlarının xüsusiyyətini, həcmini, forması və təqdim edilmə dövriliyini müəyyən etmək;
7. Sığortaçının cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabatları hazırlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi və təhsili: Risklərin idarə edilməsi üzrə 5 illik iş təcrübəsi.
İqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə 7 illik iş təcrübəsinin olması.
Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.
Kompüter bilikləri: Microsoft Office
Vakansiya üçün müraciət qaydası: CV-lər “Risk mütəxəssisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.