AZ

Vəzifəli şəxslər məhkəmə zalında həbs edildi

250 min manatlıq dələduzluqda ittiham edilən məmurların məhkəməsi başa çatıb.

Pəhlivan Güləliyev, Yusif Balabəyov və Azər Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

Bildirilib ki, P.Güləliyev uzun müddət Əmlak Məsələləri Dövlət Xidmətinin müxtəlif idarələrində yüksək vəzifələrdə, eləcə də Şirvan layihə tədqiqat idarəsinin rəisi postunda çalışıb.

Dələduzluq cinayəti baş verərkən isə o, “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsin tabeliyindəki MMC-də mühəndis olub. Azər də onun kimi qurumun mühəndisi vəzifəsində çalışıb. Digər təqsirləndirilən şəxs isə daha əvvəl Şamaxıda bələdiyyədə mühasib kimi çalışıb.

Seçilən
107
20
aznews.az

10Mənbələr