"Trabzonspor" cari mövsüm oynadığı 14 səfər matçında 1 qələbə, 7 məğlubiyyət və 6 heç-heçə edib.

Offsideplus.az "TRT spor"a istinadən xəbər verir ki, Trabzon təmsilçisi sonuncu dəfə səfərdə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "Ruzomberok" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Komandanın liqada 264 gündür səfər qələbəsi yoxdur.

“Trabzonspor” bu mövsüm liqada oynadığı 10 səfər matçında qalib gələ bilməyib, 5-də heç-heçə edib, 5-də uduzub.

Səfər matçlarında 5 xal toplaya bilən "Trabzonspor" 25 xal itirib.

 Sonuncu dəfə ötən mövsümün 37-ci turunda “Başakşehir”i 1:0 hesabı ilə məğlub edən “bordo-mavilər” 18 may 2024-cü ildən bu yana səfərdə qalib gələ bilmir.

Hüseyn Rəşadoğlu