AZ

Hollandiya DeepSeek tətbiqini ictimai cihazlarda qadağan edib

Bakı, TurkicWorld

Hollandiya hökuməti Çin şirkəti DeepSeek tərəfindən hazırlanan süni intellekt tətbiqinin dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Hollandiya İctimai Yayım Korporasiyası (NOS) xəbər verir ki, rəqəmsallaşma və krallıq əlaqələri üzrə dövlət naziri Zsolt Szabo, hökumət cihazlarında DeepSeek-dən istifadənin qadağan edildiyini açıqlayıb.

Qərar yalnız mərkəzi hökumətə aid cihazlara şamil olunsa da, yerli hökumətlərin də öz işçilərinə oxşar məhdudiyyətlər tətbiq edə biləcəyi bildirilib.

Bundan əvvəl Hollandiya Şəxsi Məlumatların Mühafizəsi Təşkilatı da DeepSeek-in istifadəsi ilə bağlı ehtiyatlı olmağa çağırmışdı.

Qeyd edək ki, Çinin High-Flyer Capital Management fondu tərəfindən dəstəklənən DeepSeek, yanvarın 20-də yeni açıq mənbə modeli DeepSeek-R1-i təqdim edib. Bu model, az sayda çipdən istifadə etməsi və rəqiblərindən daha aşağı qiymətə başa gəlməsi ilə seçilir.

DeepSeek qısa müddətdə qlobal populyarlıq qazanaraq, tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramına çevrilib və hətta ABŞ-da yerləşən ChatGPT-ni geridə qoyub.

Lakin, təhlükəsizlik narahatlıqları səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələri, Texas ştatı, İtaliya, Avstraliya, Tayvan və Cənubi Koreya da Hollandiya ilə oxşar məhdudiyyətlər tətbiq edib.

Seçilən
69
turkic.world

1Mənbələr