AZ

"Azercell" şəkili qadın sahibkarları dəstəkləyir - FOTO

"Azercell" “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.

"Unikal" xəbər verir ki, “Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib.

Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib.

Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda  proqram iştirakçıları biznes planlarını hazırlayaraq  gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər. 

Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.

"Azercell"in 2024-cü ilin avqust ayında elan etdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir.  
 

Seçilən
14
50
unikal.az

10Mənbələr