Bakı şəhəri Nərimanov rayonu Rövşən Əliyev küçəsi 8 ünvanında yerləşən 66 saylı Texniki peşə məktəbinin inzibati binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar müəyyən razılıq əldə olunub.
“Yaxın vaxtlarda məsələ həllin tapacaq”, - qeyd olunub.
Qeyd edək ki, Bakı şəhərində yeni yolun çəkilişi ilə əlaqədar 20 keçmiş məcburi köçkünün məskunlaşdığı peşə məktəbinin binası da söküləcək.