Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı MOİK – “Cəbrayıl” oyunu meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Səfərdə “İmişli” ilə üz-üzə gələn “Karvan” 2 cavabsız qolla məğlub olub. “Difai”nin qonağı olan “Qəbələ” isə səfərdən qələbə ilə qayıdıb və zirvədəki mövqeyini daha da yaxşılaşdırıb.
Hazırda “Qəbələ”nin hesabında 33 xal varsa, “Karvan” 26 xalla ikinci, “İmişli” 24 xalla üçüncü pillədə qərarlaşıb.
13-cü turun qalan görüşləri fevralın 7-də keçiriləcək.
Birinci Liqa
13-cü tur
6 fevral
MOİK – “Cəbrayıl” 2:1
Qollar: Ramil Orucov, 51. Cavid Tağıyev, 70 – Zeynəddin Abdurahmanov, 24.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“İmişli” – “Karvan” 2:0
Qollar: Elmir Rəhimzadə, 58. Oluvasen Timilehin, 67.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.
“Difai” – “Qəbələ” 0:1
Qol: Domi Massumo, 64.
Hakimlər: Şamil İmanzadə, Aydın Bəxşiyev, Elman Kərimov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
7 fevral
“Baku Sporting” – “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Mingəçevir” – “Qaradağ Lökbatan”
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.