AZ

"Seçimimiz ona görə Şensnıdır ki..." - Hans-Diter Flik

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Voytsex Şensnıya əsas qapıçı qismində güvənməsinin səbəbini izah edib.

Fanat.Az xəbər verir ki, ESPN onun sözlərini belə çatdırıb:

"Şensnı bizim üçün bir nömrədir. İki qolkiperi müqayisə etdiyinizi anlayıram. Təbii ki, İnyaki Penya da əla qapıçıdır, amma bizim seçimimiz ona görə Şensnıdır ki, onun unikal oyun üslubu var. Meydanda sərgilədiyi futbol ürəyimizcədir. Qərarı qəbul etmişik və seçimimizə sadiq qalmalıyıq. Həmişə komandanın maraqlarını əsas götürürük. Belə də davam etməkdə qərarlıyam".

Xatırladaq ki, Kataloniya təmsilçisinə ötən ilin oktyabrında qoşulan Şensnının müqaviləsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.

Nihat 

Seçilən
9
fanat.az

1Mənbələr