AZ

Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinindən müvafiq sənədləri olmayan 1 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə 10 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Seçilən
24
10
unikal.az

10Mənbələr